Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır. İqlim böhranı özünü meşə yanğınları, quraqlıq, daşqınlarla göstərir.
Yaxın zamanda İspaniyada baş verən sel daşqını səbəbindən yüzlərlə insan həyatını itirdi, evsiz qaldı.
Müharibə və.s kimi iqlim böhranına təkan verən səbəblər miqrasiya problemini də ortaya çıxarır.
Dünyanın aparıcı dövlərlərinin bir çoxu hansı problemi ilk öncə həll etməyin lazım olduğunu düşünür.
Bir neçə gündür ölkəmizdə keçirilən COP29 tədbirində əldə edilən bir çox razılaşma iqlim fəlakətlərinin qarşısının alınması üçün addım olacaq.
Ekoloji aktivistlər bu mövzuda dünyanı daha həssas olmağa, maarifləndirmə işinin aparılmasına və daha çox maliyyə ayrılmasına çağırır.
Təsiri dağların zirvəsindən okeanların dərinliklərinə qədər hiss olunan iqlim dəyişikliyi həm sosioloji, həm mədəni mənfiliklərə, həm də böyük iqtisadi itkilərə, bütün dünyada miqrasiya hərəkatına səbəb olur.İqlim dəyişikliyi yeni problem olan "iqlim miqrasiyasını" ortaya çıxardı.İlk dəfə 1985-ci ildə BMT-nin Ətraf Mühit Proqramı hesabatında "ekoloji qaçqınlar" kimi yer alan bu konsepsiya, iqlim dəyişikliyi artan təsirlə davam etdikcə əhəmiyyətini daha da artırır.
İqlim miqrasiyası insanların qida, sığınacaq, iqtisadi və sosial ehtiyaclarını ödəmək üçün ətraf mühit və ekoloji dəyişikliklər nəticəsində yerdəyişməsi kimi ifadə edilir.