İqlim dəyiklikləri problemi: COP 29da bütün ölkələr iştirak etməlidir | Icma.az
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ötən illər ərzində Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb.
Vaxtı ilə BMT Təhlükəsizlik Şurasının üzvü, Qoşulmama Hərəkatının sədri seçilən Azərbaycanı dünya birliyi COP29 kimi nüfuzlu iqlim konfransının ev sahibi kimi dəstəkləndi.
Bu, beynəlxalq ictimaiyyətin Azərbaycanın yanında olmasını bir daha təsdiqlədi.
Hazırda COP29-a ev sahibliyi edən Azərbaycan qlobal iqlim dəyişikliyinə öz ciddi töhfəsini verməkdədir.
Cənubi Qafqaz və MDB məkanında ilk dəfə COP-un məhz Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun göstəricisidir.
Regionun qalib və lider ölkəsi kimi Azərbaycanın yaşıl gündəliyi də olduqca zəngindir.
İqlim dəyişikliyi ilə mübarizəyə dair ölkəmizin irəli sürdüyü təşəbbüslər təqdir olunur.
Tam oxu
Xəbəri oxu