Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq. Azərbaycan beynəlxalq səviyyədə ilin ən mühüm tədbirlərindən biri olan Birləşmiş Millətlər
Bakı bu istiqamətdə hazırlıq işlərinə hələ xeyli əvvəldən başlayıb, ayrı-ayrı dövlət və hökumət başçılarına dəvətlər göndərilib, bəşəriyyət
Bu tədbirdə müzakirə ediləcək mövzular da aktuallıq baxımından mühüm önəm daşıyır.
Bir müddət əvvəl Almaniyada keçirilən Petersberq İqlim Dialoqu zamanı COP29-un əsas mövzusunun iqlim dəyişikliyinin azaldılması tədbirlərinin maliyyələşdirilməsi olacağı açıqlanıb.
Əslində dünyada iqlim dəyişikliyi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi məsələsi ciddi müzakirələrə yol açır.
Bu məsələdə müxtəlif dövlətlərin mövqelərini və yanaşmalarını uzlaşdırmaq çox çətindir.
Ekspertlər COP29-a bütün bəşəriyyəti təhdid edən iqlim dəyişmələri ilə mübarizədə maliyyənin ayrılması istiqamətində ortaq qərarın verilməsi üçün fürsət kimi baxırlar.
Bakıda keçirilən COP29 tədbirində yoxsul ölkələrə iqlimlə bağlı maliyyə vəsaiti ayırmaq, onlara istixana qazı emissiyalarını azaltmaq və ekstremal havanın təsirlərinə uyğunlaşmaqda kömək etmək istiqamətində razılığa gəlinməsi gözlənilir.