İqlim dəyişikliyi insult riskini artırır Mütəxəssisdən xəbərdarlıq

27.07.2026

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi insult riskini artırır.

Sherg.az xəbər verir ki, bu barədə türk nevroloq İsmət Üstün bildirib. Onun sözlərinə görə, artan hava temperaturu, havanın çirklənməsi və meşə yanğınları nəticəsində yaranan zərərli maddələr xüsusilə yaşlı insanlarda və risk qrupuna daxil olan şəxslərdə insult ehtimalını yüksəldir.

Mütəxəssis qeyd edib ki, karbonmonoksit, metan, kükürd dioksid və azot oksidi kimi qazlar damarların zədələnməsinə, qan laxtalanmasının artmasına və nəticədə insult riskinin yüksəlməsinə səbəb ola bilər.

İsmət Üstün isti havalarda kifayət qədər maye qəbul etməyi, günün ən isti saatlarında çölə çıxmamağı və xroniki xəstəlikləri mütəmadi nəzarətdə saxlamağı tövsiyə edib. O, həmçinin fosil yanacaqlardan istifadənin azaldılması və yaşıllıq sahələrinin artırılmasının həm ətraf mühitin, həm də insanların sağlamlığının qorunmasına töhfə verəcəyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью