“İqlim dəyişikliyi” müsabiqəsi finala yaxınlaşır

13.11.2024

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Noyabrın 18-də COP29 çərçivəsində Sumqayıt Dövlət Universitetinin dəstəyi,  Oksford Universitetinin “Said” Biznes Məktəbi və “Burjeel” holdinqin birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyi” müsabiqəsinin final mərhələsi təşkil olunacaq.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə,  müsabiqənin final mərhələsində şagirdlərdən ibarət 5 komanda və 5 müəllim iştirak edəcək. Bu mərhələdə iştirakçıların təqdimatları münsiflər tərəfindən qiymətləndiriləcək. Qaliblərin mükafatlandırılması mərasimi isə Mavi zonada, Azərbaycan Milli Pavilyonunda təşkil olunacaq.

Qeyd edək ki, “İqlim dəyişikliyi” müsabiqəsinə 135-i Azərbaycandan olmaqla 58 ölkədən 1000-dən çox müraciət daxil olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью