İqlim dəyişikliyi Yerin fırlanmasına da təsir göstərə bilər

06.10.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

 

Qlobal istiləşmənin atmosferdə yaratdığı dəyişikliklərin Yerin fırlanma sürətinə çox kiçik, lakin ölçülə bilən təsir göstərə biləcəyi müəyyən edilib.

Lent.az xəbər verir ki, bu barədə Phys.org məlumat yayıb.

Atmosfer küləklər və hava kütlələrinin hərəkəti vasitəsilə bucaq impulsu daşıyır. Atmosferlə bərk Yer arasında bu impulsun mübadiləsi planetin fırlanmasını cüzi dəyişdirə bilir.

Yeni araşdırma qlobal istiləşmə şəraitində atmosferin bucaq impulsunun artmasının sadəcə küləklərin güclənməsi ilə deyil, atmosfer dövranının daha mürəkkəb şəkildə yenidən qurulması ilə əlaqəli olduğunu göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью