Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gürcüstan Milli Muzeyinin direktoru professor David Lordkipanidze müzakirələr zamanı çıxış edərək Azərbaycan ərazisində yerləşən palçıq vulkanlarını təbiətin möcüzəsi adlandırıb.
Xəzər dənizinin önəmli rolunu vurğulayan professor deyib: “Əgər tarixə baxsaq, iqlim dəyişikliyinin mədəni irsi və hətta insanın təbiətə qarşı davranışlarını necə dəyişdirdiyini müşahidə edə bilərik.
İlk insanların beyin həcminin balaca olduğu elmi təsdiqini tapıb.
Zaman keçdikcə insanların inkişafı ilə bərabər, onların təbiətə və canlılara münasibəti də dəyişib”.
D.Lordkipanidze ABŞ şərqşünası və arxeoloq Ceyms Henri Brestedin istifadə etdiyi bərəkətli hilal barədə danışıb.
“Gürcüstanın Dmanisi şəhərində tapdığı qalıqlar Afrikadan kənarda aşkar edilmiş insanların ən qədim dəlilidir və 1,8 milyon il əvvələ aiddir.
1991-ci ildəki bu kəşf bəşər tarixini yenidən yazır və insanın təkamülünə baxışımızı, ilk avropalıların həyat tərzi və ictimai təşkilatı haqqında fikirlərimizi dəyişdirir”, - deyə o əlavə edib.