Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 24 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimovun professor İslam Mustafayevlə həmmüəllifi olduğu “İqlim dəyişmələrinin yumşaldılması və alternativ energetika” adlı maarifləndirici kitabçası nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabça Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən və “Rüzgar” Ekoloji İctimai Birliyi tərəfindən icra edilən “Azərbaycanda iqlim dəyişmələri üzrə mitiqasiya və adaptasiya tədbirlərinə dair məlumatlandırma” layihəsi çərçivəsində çap edilib.
Səkkiz bölmədən ibarət kitabça istilik effekti yaradan qazların emissiyası, Azərbaycanda iqlim dəyişmələri ilə bağlı mövcud vəziyyət, alternativ enerji mənbələrinin potensialı, yaşıl iqtisadiyyat və azkarbonlu texnologiyalara keçid, enerji effektivliyi, karbon emissiyaları, alternativ energetika sahəsində xarici ölkələrin təcrübəsi kimi məsələlərə həsr olunub.