Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.
Dünya liderlərinin iştirak etdiyi konfransda iqlim dəyişikliyinin müxtəlif sahələrə göstərdiyi mənfi təsirlər COP29 samiti daxilində müzakirə edilir.
Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimli jurnalistlərə açıqlamasında bildirib ki, müzakirə ediləcək məsələlərdən biri də iqlim dəyişikliyinin mədəni irsə mənfi təsirləri olacaq.
Bəs iqlim problemləri mədəni irsə nə kimi təsirləri ola bilər?
Modern.az bildirir ki, iqlim dəyişikliyi mədəni irsə həm fiziki, həm də sosial-siyasi aspektlərdə mənfi təsir göstərə bilər.
Ümumiləşdirsək mənfi təsirləri aşağıdakı kimi qruplaşdırmaq olar: Fiziki Zərər və Deqradasiya - İqlim dəyişikliyi, xüsusilə qlobal istiləşmə, qasırğalar, sel, quraqlıq və digər ekstremal hava şəraitii mədəni irsin qorunmasını təhdid edir.
Belə ki, artan istilik və nəm dəyişiklikləri, daş, taxta, metal və digər materiallardan hazırlanan tarixi strukturların zamanla aşınmasına və zədələnməsinə səbəb olur.