İqlim dəyişmələrinin aqrar sahəyə təsirinə dair maarifləndirmə təlimi keçirilib FOTOLAR

22.07.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Xaçmaz Kənd Təsərrüfatının İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri -Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi müsabiqədə qalib gəlib və Xaçmaz rayonunun Çinatala kənd inzibati ərazi dairəsində 17 iyul 2025-ci il tarixində 25 nəfərdən ibarət təlim keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, “Xaçmaz Kənd Təsərrüfatının İnkişafına Dəstək” ictimai birliyinin sədri layihə rəhbəri Famil Baxışov çıxış edərək Xaçmaz rayon ərazisində “İqlim dəyişmələrinin aqrar sahəyə təsirinə dair maarifləndirmə” sahəsində ictimai maarifləndirməyə dəstək verməkdən, gənclərdə ekoloji düşüncə tərzinin formalaşdırılmasından danışdı.

Təlimçi Fayiq Şeydayev çıxış edərkən qeyd etdi; problemləri təhlil etdikcə əminliklə söyləmək olar ki, təqdim etdiyimiz layihənin mövzusu çox aktualdır və bugünki milli və qlobal çağırışlara cavab verir. Bildiyimiz kimi dövlət qurumları bu sahədə qanunvericiliyi pozanlara qarşı ciddi tədbirlər görür amma hesab edirik ki, bununla yanaşı geniş təbliğat və təşviqat işləri aparılmalıdır. Bir daha iştirakçılar ekoloji mədəniyyətin onların şəxsi və peşə fəaliyyətlərinə müsbət təsir edəcəyini qeyd etdi. Təlim çərçivəsində iştirakçılardan Nurlan Kərimov, Fərhad Məmmədov, Ziyəddin Abasov daha fəallıq göstərərək ətraf mühitin mühafizə olunmasındakı nöqsanlardan da danışdılar.

Təlimin sonunda Çinartala kənd inzibati ərazi dairəsinin nümayəndəsi Qürbət Qədirov  təlim iştirakçılarına minnətdarlığını bildirdi.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью