Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 21 noyabr, AZƏRTAC COP29 çərçivəsində “İqlim, təbiət və insanlar üçün su həyat xəttinin təbliği” tədbirinin yüksəksəviyyəli açılış mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə qlobal iqlim fəaliyyəti çərçivəsində daha güclü su ölçüsü yaratmaqla İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoquna rəsmi start verilib.Açılış nitqi ilə çıxış edən ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev susuzluq probleminin COP29 müzakirələrində prioritet məsələlərdən biri olduğuna diqqət çəkib: “Su iqlim problemlərinin aradan qaldırılmasında həlledici rol oynayır.
Buna baxmayaraq uzun illər su problemi qlobal iqlim müzakirələrindən kənarda qalmışdı.İqlim dəyişiklikləri ilə bağlı məsələlərin həllində susuzluq probleminə bütün aspektlərdən nəzər yetirməliyik.
Çünki su həyatdır. Məhz bu səbəbdən COP29 Sədrliyi su məsələsini prioritetə çevirib”.Daha sonra M.Babayev hər kəsi ilk Su Bəyannaməsinə qoşu
Biz iqlim fəaliyyəti çərçivəsində su tərəfdaşları tapmalıyıq.
Fəaliyyətlərə təkan üçün Bakı Dialoqu mühümdür”.BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen bildirib ki, dünyada 3 milyarda yaxın insan su qıtlığından əziyyət çəkir: “Bir çox problem su çatışmazlığından yaranır.
2023-cü ildən bəri emissiyalar 1,3 faiz artıb. Qlobal istilik artımı həddinin 1,5 dərəcə səviyyəsində qalmasını təmin etmək üçün hələlik göt
Tədbir görməliyik və su probleminin həlli həmin səylərin tərkib hissəsi olmalıdır.