İqlim uyğunlaşma tədbirləri üçün AB daxilində ildə 70 milyard avro tələb olunur

26.08.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

AB-nin İqlim, Xalis Sıfır Emissiya və Təmiz Artım üzrə Komissarı Hoekstra, AB-nin iqlim dəyişikliyinin nəticələrinə uyğunlaşmalı, yüksək iqtisadi və sosial xərclərlə üzləşməmək üçün investisiyalarını artırmalı olduğunu bildirib.

Avropa Birliyinin (AB) İqlim, Xalis Sıfır Emissiya və Təmiz Artım üzrə Komissarı Vopke Hoekstra, son aylarda Avropanı təsir edən isti dalğalarının, şiddətli quraqlığın və meşə yanğınlarının təsirləri ilə bağlı Politico-ya açıqlamalar verib.

Hoekstra, iqlim dəyişikliyinə uyğunlaşma xərclərinin zərurətə çevrildiyini və hökumətlərin iqlim dəyişikliyinin təsirlərinə qarşı dayanıqlılıq tədbirlərinə böyük investisiya qoymağa başlamalı olduğunu bildirib. V. Hoekstra, büdcələrin siyasi prioritetləri əks etdirdiyini qeyd edərək, "Meşə yanğınları və daşqınlar göstərir ki, əgər biz bunu prioritet etməsək, səhiyyə, iqtisadiyyat və cəmiyyət baxımından daha ağır bədəl ödəyəcəyik" deyib.

İqlim dəyişikliyinin təsirlərinə qarşı təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayan Hoekstra, "Bu, Avropa büdcəsi və milli büdcələr üçün nəticələrə səbəb olacaq, amma reallıq budur ki, bunu etməsəniz, daha yüksək qiymət ödəyəcəksiniz" deyə, söyləyib.

Vopke Hoekstra əlavə edib ki, lazımi investisiyaları etməməyi seçən hökumətlər artan iqtisadi ziyana təəccüblənməməlidirlər.

AB Komissiyasının hesablamalarına görə, daşqınlardan mühafizə tədbirləri, şəhərlərin sərin saxlanılması və digər müxtəlif iqlim uyğunlaşma tədbirləri üçün AB daxilində ildə təxminən 70 milyard avro tələb olunur. Üzv dövlətlərin bu sahədəki cari xərcləri ildə təxminən 29 milyard avro olaraq qalır. İqlim dəyişikliyinin infrastruktur sahəsinə vurduğu ziyan bu məbləği üstələyir.

M.MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью