İqlimdə təhlükəli dəyişiklik

09.10.2026

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) “El Nino” hadisəsinin bu il rekord gücə çata biləcəyi barədə xəbərdarlıq edib.

“Bakupost” xəbər verir ki, ilin son üç ayında dəniz səthinin temperaturunun normadan 3,7 dərəcə yüksək ola biləcəyi proqnozlaşdırılır.

“El Nino” bəzi bölgələrdə quraqlığa, digərlərində isə güclü yağışlara səbəb olaraq kənd təsərrüfatına təsir göstərir. Braziliyada güclü yağışlar şəkər qamışı yığımını çətinləşdirir, İndoneziyada isə quraqlıq meşə yanğınlarını gücləndirir.

ÜMT rəhbəri Celeste Saulo “El Nino”nun qlobal temperaturu yeni rekord səviyyələrə çatdıra biləcəyini bildirib. “Copernicus” xidmətinin məlumatına görə, 2026-cı ildə qlobal temperaturun 2024-cü ilin rekordunu keçmə ehtimalı 26%-dir.

Vüsalə Hüseynova,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью