İqlimə uyğun ağıllı kənd təsərrüfatı siyasətlərinin inkişafı zəruridir | Icma.az
Icma.az bildirir, Sia Az portalına istinadən. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildi
Panel iclasın moderatorluğunu Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli edib.
İclasda Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktorunun köməkçisi Manuel Barange, ICESCO-nun Baş direktorunun müşaviri Heşam Əl-Əskəri çıxış ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli müasir çağırışlar fonunda ənənəvi kənd təsərrüfatı təcrübələrinin innovativ texnologiya və həllərlə inteqrasiyasını dəstəkləyən iqlimə uyğun ağıllı kənd təsərrüfatı siyasətlərinin inkişafının zəruri olduğunu diqqətə çatdırıb.
Aqrar fəaliyyət nəticəsində kənd təsərrüfatı ənənələri və mədəni irsin qarşılıqlı inkişaf etdiyini deyən Azad Cəfərli bu amilin gələcəkdə də uğurlu fəaliyyət üçün möhkəm bünövrə olmaqla, müasir texnologiyaların tətbiqinə müsbət təsir edəcəyini vurğulayıb.
Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Ənənənin innovasiya ilə inteqrasiyası: Azərbaycanın dayanıqlı kənd təsərrüfatına çoxşaxəli yanaşması” mövzusuna toxunub.
Azərbaycanın kənd təsərrüfatı irsi və onun biomüxtəlifliyinin qorunması və suyun idarə olunmasında rolu, dəyişən iqlim şəraitinə uyğunlaşma üçün ənənəvi əkinçilik texnikalarının müasir texnologiyalarla birləşdirilməsi üzrə uğurlu tədqiqatlarından bəhs edib.
Tam oxu
Xəbəri oxu