“İqlimlər və ilmələr” adlı beynəlxalq sərgi açılacaq

11.11.2024

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Noyabrın 15-də Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” (“Climates and Carpets”) adlı beynəlxalq sərgi açılacaq.

Kulis.az xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçiriləcək.

Sərgidə Azərbaycan, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Meksika və Rusiyanın tanınmış rəssamlarının bəşəri dəyərə malik Azərbaycan xalça sənətindən, onun ənənəvi naxışlarından ilhamlanaraq yaratdıqları əsərlər nümayiş olunacaq.

Qismət Rüstəmovun yeni kitabı çap olundu Tərəf müqabili oldular “Açar” filmi məşhur beynəlxalq platformalarda
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью