İqnasio Baxamondes: Fiziyevdən daha yaxşıyam

18.06.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Mənə Fiziyev kimi rəqibin düşməyindən məmnunam".

Oxu.Az xəbər verir ki, bunu Rafael Fiziyevin rəqibi İqnasio Baxamondes Bakıda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, döşəyin mərkəzində döyüş aparmağa çalışacaq:

"Fiziyevlə ayaqüstə döyüşməyə çalışacam. Onun döyüşü parterə aparmaq planına mane olacam. Fiziyevin bir çox döyüşlərinə baxmışam. Onun zəif cəhətlərindən danışmaq istəmirəm, çünki o yüksək səviyyəli döyüşçüdur. Amma mən ondan da yaxşıyam".

"Mən üç raundluq döyüşə hazıram. Tamaşaçılara üç raundluq döyüş nümayiş etdirmək istəyirəm. Məqsədim bu raundlar ərzində Fiziyev üzərində dominantlıq etməkdir", - deyə İqnasio bildirib.

Qeyd edək ki, Rafael Fiziyev iyunun 21-də keçiriləcək UFC turnirində iştirak edəcək. O, "Baku Crystall Hall"da təşkil olunacaq yarışda İqnasio Baxamondeslə üz-üzə gələcək.

Təhməz Əsədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью