İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək

12.10.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsveçrənin xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis oktyabrın 14-16-da Ermənistan və Gürcüstana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.

Kassis oktyabrın 15-də İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan və XİN rəhbəri Ararat Mirzoyanla görüşəcək. Tərəflər Cənubi Qafqazda sülh prosesini və regional əməkdaşlığı müzakirə edəcəklər.

İsveçrənin XİN rəhbəri oktyabrın 16-da Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze və həmkarı Maka Boçorişvili ilə görüşlər keçirəcək.

Ermənistan və Gürcüstana səfərlər Kassisin regional səfərinin ikinci hissəsidir. O, avqustun 3-dən 5-dək Azərbaycan və Türkmənistanda səfərdə olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью