İqnat: Kiyevə 16 raket atılması barədə məlumat doğru deyil

26.01.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Kiyevə 13 yanvar tarixində 16 ballistik raket atılması barədə yayılan məlumatları yalandır.

Bakıvaxtı.az Ukrinform-a istinadla xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndəsi Yuri İqnat deyib.

O bildirib ki, həmin gün paytaxt üzərində yalnız iki “İsgəndər-M” raketi məhv edilib, daha iki raket isə Kiyev vilayəti ərazisində vurulub.

İqnat bu xəbərin bütün Ukrayna üzrə ümumi məlumatla səhv əlaqələndirildiyini qeyd edib. Bununla belə, o, Rusiyanın Kiyev və digər bölgələr üçün yaratdığı təhlükənin davam etdiyini vurğulayıb.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью