İqor Dodonun qardaşı istintaq təcridxanasından azad edildi KONKRET

06.02.2025

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Moldovada qanunsuz varlanma ilə bağlı səs-küylü işdə gözlənilməz dönüş baş verib. Belə ki, ölkənin keçmiş prezidenti İqor Dodonun qardaşı Aleksandr Dodon cinayətdə iştirakda ittiham olunduğu istintaq təcridxanasından azad edilib.

KONKRET.az-ın məlumatına görə, bu barədə Korrupsiyaya qarşı Mübarizə Prokurorluğunun Mətbuat Xidməti “Facebook”da məlumat yayıb.

Bildirilib ki, Aleksandr Dodon təxminən 2 ay ölkəni tərk edə bilməz.

“O azad edilib. Preventiv tədbir kimi 60 gün ərzində ölkəni tərk etmək qadağası seçilib”, – deyə məlumatda qeyd olunub.//Oxu.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью