İqor Klimenko Ukrayna Təhlükəsizlik Şurasının katibi ola bilər

17.07.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın keçmiş daxili işlər naziri İqor Klimenkonun Rüstəm Umerovun yerinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilməsini təklif edib. 

Bakıvaxtı.az "Belta"ya istinadən xəbər verir ki, Zelenski bu barədə "Telegram" hesabında paylaşım edib.

Zelenski keçmiş nazirlə görüşdən sonra paylaşımında "İqor Klimenko dövlətimizi və xalqımızı qorumaq üçün Ukraynada işləməyə davam edəcək. Mən ona Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsini təklif etmişəm. Müvafiq təyinat fərmanı hazırlanır" sözlərini yazıb.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью