İqor Klimenko: “Zərbə endirilən zaman bir qadın mətbəxdə idi“ VİDEO

24.11.2025

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 23-də axşam saatlarında Rusiya Ordusunun Ukraynanın Xarkov şəhərinə PUA hücumu nəticəsində 4 sakin həlak olub, 13 nəfər xəsarət alıb.

"Zərbə endirilən zaman bir qadın mətbəxdə idi. Xilasedicilər onu dağıntılar altından qazıb çıxardılar. Təəssüf ki, qadın həlak oldu. Şükürlər olsun ki, uşaqlar sağ qalıb", - deyə Fövqəladə Hallar Xidmətinin əməkdaşı İqor Klimenko hücumla bağlı açıqlamasında bildirib.

Rusiya və Ukrayna arasında sutka ərzində 162 döyüş qeydə alınıb. Ukraynaya aid 3 yaşayış məntəqəsinin Rusiyanın nəzarətinə keçdiyi bildirilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 148 rayonda Ukraynanın mühüm obyektləri hədəf alınıb. Ukrayna Ordusu isə Rusiya hərbçilərinin olduğu bəzi mövqeləri atəşə tutub.

Bu arada, ABŞ-nin sülh planı ilə bağlı Cenevrə danışıqları davam edir. 28 bənddən ibarət olan plan üzrə ABŞ və Ukrayna arasında müəyyən irəliləyişin əldə olunduğu qeyd olunub. Amma detallar hələ razılaşdırılmayıb.

Daha ətraflı Baku TV-nin süjetində:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью