futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukraynanın “Dinamo” (Kiyev) klubunun baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının III təsnifat mərhələsində üz-üzə gələcəkləri “Qarabağ”ın ciddi rəqib olduğunu vurğulayıb.
Futbolpress.az xəbər verir ki, ukraynalı mütəxəssis oyunöncəsi təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Kostyuk ilk növbədə, komandanın keçmiş nöqsanlarından dərs çıxarmağın vacibliyinə diqqət çəkib:
“PAOK ilə görüşdə etdiyimiz səhvlərdən nəticə çıxarmalıyıq. Futbolda yalnış addımların atılması təbii haldır. Mühüm olan futbolçuların bunlardan hansı nəticəni çıxarması və onları düzəltməsidir. Kollektivin oyundan-oyuna təkmilləşəcəyinə şübhə etmirəm”.
Rəqibi diqqətlə analiz etdiklərini bildirən çalışdırıcı turu keçmək üçün bütün imkanlardan yararlanacaqlarını deyib:
“Qarabağ” ötən mövsüm Çempionlar Liqasında mübarizə aparmış iddialı komandadır, lakin biz də öz potensialımıza bələdik. Rəqibin oyununu hərtərəfli təhlil etmişik və mərhələ adlamaq üçün var gücümüzlə çalışacağıq”.
“Dinamo” – “Qarabağ” qarşılaşması avqustun 6-da Bakı vaxtı ilə saat 21:00-da Polşanın “Lublin Arena”sında baş tutacaq. Cavab görüşü isə avqustun 13-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.