İqor Kridi ABŞ də cinayətkarla səhv saldılar

21.10.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Rusiyalı müğənni İqor Krid Los-Ancelesdə saxlanıldığını açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi canlı yayım zamanı danışıb. 

Krid bildirib ki, hadisə iyul ayında baş verib. Altı yerli polis əməkdaşı onu və dostunu silahlı cinayətkarlarla səhv salıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları müğənniyə və dostuna silah tuşlayaraq onları qandallayıblar.

Sənətçi bildirib ki, polislərdən biri tələblərinə tabe olmayacaqları təqdirdə onlara atəş açmağa hazır olduğunu etiraf edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью