İqor Kşnyakin dostu: Qəzadan sonra onunla 29 saniyə danışmışam

27.12.2024

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qəzadan sonra onunla 29 saniyə danışmışam".

Oxu.Az "Müsavat TV"ə istinadla xəbər verir ki, bunu AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilot İqor Kşnyakinin 35 illik dostu deyib.

"Həftənin birinci günü onunla görüşmüşdük. Qəzadan sonra isə saat 12:29-da onunla 29 saniyə danışdım. Dedi ki vəziyyətim çox pisdir. Başqa heç nə demədi", - deyə o qeyd edib.

İqor Kşnyakin dostu: "Qəzadan sonra onunla 29 saniyə danışmışam"

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью