İqor Nikolayev mahnısındakı məşhur ifadəni işlədən satıcılardan çox miqdarda pul tələb edir

16.02.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Məşhur rusiyalı müğənni İqor Nikolayev "Sevginin şərəfinə içək" ifadəsi uğrunda mübarizəyə başlayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, musiqiçi ifa etdiyi mahnıdakı bu məşhur ifadədən ondan icazəsiz istifadə edən satıcılardan bir milyon rubldan çox pul (təxminən 1900 manat) tələb edir.

Bildirilir ki, Nikolayev öz ticarət nişanlarını etibar etdiyi şirkətlə birlikdə "Sevginin şərəfinə içək" ifadəsinin işlədilməsi müqabilində bir milyon rubldan çox pul almağa çalışır.

Qeyd edək ki, İqor Nikolayev "Sevginin şərəfinə içək", "Delfin və su pərisi" ifadələrinin hüquqlarına malikdir. O həmçinin öz fotosunu da patentləşdirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью