İqor Ponomaryov: “32 il ərzində futbolda heç bir irəliləyiş əldə etmədik” | Icma.az
Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan millisinin sabiq futbolçusu, olimpiya çempionu İqor Ponomaryov “Report”a müsahibə verib.
64 yaşlı mütəxəssis millimizin Millətlər Liqasında sonuncu – İsveçlə oyununa (0:6) toxunub.
O, həmçinin komandanın tsikldəki nəticələrini dəyərləndirib. – İsveçə böyükhesablı məğlubiyyət haqqında nə deyə bilərsiniz?
– Bu nəticənin niyə belə olduğunu demək çətindir. Bu məğlubiyyətdə hamını günahlandırmaq olar.
Amma təkcə bu deyil, əvvəlki oyunlar da uduzuldu. Məncə, Estoniya ilə heç-heçə də məğlubiyyət sayılır.
Bu uğursuz çıxışların bir çox səbəbləri var. Ona görə də təkcə kimisə günahlandırmaq düzgün deyil. – Tsikli necə qiymətləndirirsiniz?
Zəif nəticələrin səbəbi nədir? – Pis çıxış etdik. Uğursuz yox, məhz pis! Proqres yox, reqres gedir.
Tam oxu
Xəbəri oxu