Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan millisinin sabiq futbolçusu, olimpiya çempionu İqor Ponomaryov “Report”a müsahibə verib.
64 yaşlı mütəxəssis millimizin Millətlər Liqasında sonuncu - İsveçlə oyununa (0:6) toxunub.
O, həmçinin komandanın tsikldəki nəticələrini dəyərləndirib. - İsveçə böyükhesablı məğlubiyyət haqqında nə deyə bilərsiniz?
- Bu nəticənin niyə belə olduğunu demək çətindir. Bu məğlubiyyətdə hamını günahlandırmaq olar.
Amma təkcə bu deyil, əvvəlki oyunlar da uduzuldu. Məncə, Estoniya ilə heç-heçə də məğlubiyyət sayılır.
Bu uğursuz çıxışların bir çox səbəbləri var. Ona görə də təkcə kimisə günahlandırmaq düzgün deyil. - Tsikli necə qiymətləndirirsiniz?
Zəif nəticələrin səbəbi nədir? - Pis çıxış etdik. Uğursuz yox, məhz pis! Proqres yox, reqres gedir.