İqor Ponomaryov: Püşkatmada bizə ən güclü rəqiblərdən biri düşdü

19.06.2025

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Sabah"ın idman direktori İqor Ponomaryov Sportal.az saytına açıqlama verib.

O, Azərbaycan kubokunun sahibinin Avropa Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaqları "Çelye" barədə danışıb.

Ponomaryov, Sloveniya təmsilçisinin 2024/2025 mövsümündə Konfrans Liqasında 1/4 finala qədər irəliləməsini xüsusi vurğulayıb:

"Çelye" ötən mövsüm Konfrans Liqasında 1/4 final mərhələsinə qədər irəliləmiş komandadır. Demək ki, onlar olduqca ciddi komandadır. Ümumiyyətlə, Avropa Liqasında asan rəqib olmur. İstənilən rəqibə qarşı çox ciddi hazırlaşmalıyıq. Üstəlik, püşkatmada bizə ən güclü rəqiblərdən biri düşdü. Hamımıza uğurlar arzulayıram".

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью