İqor üçün 35 milyon avro

29.07.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Feyenoord”un futbolçusu İqor Payxao karyerasını Fransada davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, “Marsel” braziliyalı vingerin transferi üçün danışıqlar aparır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Danışıqlar son mərhələdədir və “Marsel” transferi 35 milyon avroya bitirmək üzrədir.

25 yaşlı futbolçu ötən mövsümdə 34 oyunda 16 qol vurub, 10 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью