Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan parlamentinin 13 avqust iclasında hakim və müxalif fraksiya arasında razılıq əldə edilib.
Bu, parlamentin yeni tərkibdə iclasının başladığı dövrdən bəri ilk hadisədir.
“Cebheinfo.az” xəbər verir ki, razılıq parlament kürsüsündə çıxış etmək istəyən deputatların sayının azaldılmasıyla bağlı olub. Məqsəd 12 daimi komitənin sədri vəzifəsinə irəli sürülən hər bir namizədlə bağlı müzakirələri sürətləndirməkdir.
Razılıqdan sonra hər bir fraksiya parlament sədri Ruben Rubinyana natiqlərin qısaldılmış siyahısını təqdim edib. Müəyyən bir vəzifəyə namizəd tərcümeyi-halını deyib sualları cavablandırdıqdan sonra parlament üzvləri qeydiyyatdan keçib kürsüdən çıxış edə, namizəd haqqında fikirlərini və baxışlarını təqdim edə bilərlər.
Bir gün əvvəl bu məqsədlə otuz altı deputat qeydiyyatdan keçib. Parlamentin Prosedur Qaydalarına əsasən, hər bir millət vəkilinin bunun üçün 10 dəqiqəsi var.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin