İqtisadçı: Yerli kartofun baha olması qısamüddətli bir prosesdir | Icma.az
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır. Bazarlarda 1 kiloqramı 6-7 manata kartof satılır.Axar.az xəbər verir ki, söhbət bu
Satıcıların sözlərinə görə, məhsul həm yeni, həm də keyfiyyətlidir.
Ona görə də yerli bazarlarda bu qiymətə təklif olunur.Alıcılar deyir ki, bu xırda kartoflar çox dadlıdır.
Lakin qiymətləri xeyli yüksəkdir.Satıcılar onu da bildiriblər ki, yaxın vaxtlarda bu kartofun qiymətinin enəcəyi gözlənilmir.
Lakin məhsul bol olarsa, növbəti aylarda ucuzlaşa bilər.Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, İlin bu fəslində əsasən Azərbaycanda yerli kartof demək olar ki, olmur:“Ölkənin daxili bazarı məhz 100 faiz xarici idxal hesabına formalaşıb.
Bu baxımdan da hesab edirəm ki, yerli kartofun hazırda bazarlarda baha olması normaldır və bu, çox qısamüddətli olan bir prosesdir.
Çünki qısa müddət keçdikdən sonra tədarük genişlənəcək, artacaq və nəticə etibarilə qiymətlər yavaş yavaş normallaşmağa doğru gedəcək.
Hər bir kənd təsərrüfatı məhsulu ilk bazarlara çıxdığı və yeni mövsüm başladığı anda baha satılır.
Tam oxu
Xəbəri oxu