525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"İqtisadiyyatda devalvasiya riski və ya belə bir təhlükə yaranarsa, dəyişən məzənnə rejiminə keçid imkanları nəzərdən keçirilə bilər".
İqtisadçı ekspert Günay Hüseynova bunu 525.az-a bildirib. Ekspertin sözlərinə görə, paralel olaraq əməkhaqları və digər gəlirlər mütəmadi şəkildə artırılmalı, yüksək inflyasiyanın qarşısını almaq üçün iqtisadi aktivlik gücləndirilməlidir:
'Alternativ variantlardan biri də kifayət qədər xarici valyuta ehtiyatlarının formalaşdırılması və real təhlükə yarandığı halda onların dövriyyəyə buraxılmasıdır. Bu proses vətəndaşların gündəlik həyatına ciddi təsir göstərməməlidir”.
Sevinc Qarayeva