Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır. İSTİQAMƏT: 6.3.11.
regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi Ölkə iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun inkişafında əsas yük regionların üzərinə düşür.
Regionların iqtisadi inkişafı ölkə əhalisinin sosial durumunun səviyyəsinə birbaşa təsir edir.
Bu baxımdan, dövlət regionların sosial-iqtisadi inkişafını əsas prioritet elan edib.
Bu istiqamətdə dövlət proqramları həyata keçirilir ki, bu da regionların inkişafında önəmli faktordur.
Qeyd edək ki, bu günə qədər bu istiqamətdə 4 dövlət proqramı həyata keçirilib.
Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018 və 2019-2023-cü illər üzrə) qəbul edilərək icra olunub.
Bu proqramların nəticəsində isə ölkə iqtisadiyyatında bu müsbət dəyərlər yaranıb.