İqtisadi münasibətlərin gücləndirilməsi zəruridir KONKRET

04.01.2026

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçi bu ölkənin Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşündə Azərbaycanla münasibətlərin perspektivi barədə danışıb.

KONKRET.az xəbər verir ki, bu barədə İranın xarici siyasət idarəsinin rəhbərinin “Telegram” kanalında məlumat paylaşılıb.

Bildirilib ki, səfir A. Əraqçini ikitərəfli münasibətlərin son vəziyyəti barədə məlumatlandırıb.

İran XİN-in rəhbəri yaxşı qonşuluq siyasətinin daha təsirli şəkildə irəlilədilməsi üçün Azərbaycanla iqtisadi, tranzit, siyasi, mədəni və humanitar sahələrdə münasibətlərin davamlı şəkildə gücləndirilməsi və genişləndirilməsi zərurətini vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью