İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub

08.05.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Bu gün İqtisadi Şuranın iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində Azərbaycanda turizm sahəsində mövcud vəziyyət, problemlər və inkişaf perspektivləri, turizm bazarının genişləndirilməsi və turizmin inkişafı istiqamətində əsas prioritet tədbirlər və carı iqtisadi məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələ üzrə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin təqdimatı dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər.

İclasın yekununda turizm sahəsinin inkişafı ilə bağlı qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью