İqtisadi ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir

24.08.2026

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müəllif: Səyavuş Rəhimov

Göygöl RİHB-nın Üçtəpə kənd İƏD üzrə nümayəndəsi

Azərbaycan ilə Özbəkistan arasında qarşılıqlı etimada, ortaq tarixə, mədəni yaxınlığa və milli-mənəvi dəyərlərə əsaslanan münasibətlər ildən-ilə genişlənir və möhkəmlənir. Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamənin, müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması, Ali Dövlətlərarası Şuranın təsis edilməsi, qarşılıqlı səfərlərin intensivləşməsi, eləcə də iqtisadi-ticari, nəqliyyat-logistika, energetika, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişlənməsi əlaqələrin hərtərəfli inkişafı üçün möhkəm hüquqi və siyasi baza formalaşdırıb.  

Prezident cənab İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə bildirib: ”Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bu, əla göstəricidir. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb:.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью