İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Baş nazirinin müavini Məhəmməd İshaq Dar ilə görüşüb

08.04.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

İslamabad, 8 aprel, Hilal Əhməd, AZƏRTAC

Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, nazirlər müxtəlif mövzular ətrafında geniş müzakirələr aparıblar.

Görüş zamanı Məhəmməd İshaq Dar Pakistanın Azərbaycan ilə ikitərəfli münasibətləri daha da gücləndirmək öhdəliyinə sadiqliyini bir daha vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью