İqtisadiyyat nazirinin müavini: Azərbaycan ərazisindən keçən marşrut artıq uğurla fəaliyyə…
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Astana, 21 oktyabr, AZƏRTAC Ölkələrimiz arasında münasibətlər həqiqətən müttəfiqlik xarakteri daşıyır və ən yüksək səviyyədə aparılan sabit siyasi dialoqa əsaslanır.AZƏRTAC xəbər verir ki, bu fikirləri Astanada keçirilən Qazaxıstan–Azərbaycan biznes forumunda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov səsləndirib.Onun sözlərinə görə, son illər ərzində Azərbaycan və Qazaxıstan bir çox sahələrdə – siyasi, ticarət-iqtisadi, mədəni və humanitar əməkdaşlıq istiqamətlərində əhəmiyyətli nəticələr əldə ediblər.“İkitərəfli münasibətlərin heyrətamiz inkişaf dinamikası, ilk növbədə qarşılıqlı səfərlər və yüksək səviyyəli görüşlər əlaqələrimizin möhkəmlənməsində və bütün istiqamətlər üzrə qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsi üçün yeni imkanların yaradılmasında mühüm rol oynayır.
Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əlaqələr dinamik şəkildə inkişaf edir və yeni sahələri əhatə edir.
Ölkələrimiz arasında ikiqat vergitutmanın aradan qaldırılmasından və qarşılıqlı investisiyaların qorunmasından tutmuş ticarət və nəqliyyatın inkişafınadək əsas əməkdaşlıq istiqamətlərini tənzimləyən təxminən 170 ikitərəfli sənəd imzalanıb”, – deyə nazir müavini bildirib.A.Axundov vurğulayıb ki, son illərdə qarşılıqlı ticarət sabit artım nümayiş etdirir.
“Təkcə bu ilin yanvar–sentyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 568 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur.
Bu gün Azərbaycanda Qazaxıstan kapitalının iştirakı ilə təxminən 250 kommersiya qurumu fəaliyyət göstərir.
Bizim sahibkarlarımız da Qazaxıstanda biznesin inkişafında fəal iştirak edirlər”, – deyə o qeyd edib.Nazir müavini Qazaxıstan biznesinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında fəal iştirakını xüsusi vurğulayıb.“Təhsil, səhiyyə, infrastruktur və tikinti kimi əsas sahələr üzrə 50-dən çox layihə təklifi təqdim olunub”, – deyə o bildirib.A.Axundovun fikrincə, ikitərəfli iqtisadi gündəliyin praktiki irəliləməsində İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya mühüm rol oynayır.“Komissiyanın iyirmi birinci iclası ötən həftə Bakıda keçirilib.
İkitərəfli təmasların müxtəlif sahələrdə inkişafına dair konkret addımlar razılaşdırılıb ki, bu da Azərbaycan–Qazaxıstan tərəfdaşlığının geniş spektrinə yeni impuls verəcək.
Tam oxu
Xəbəri oxu