Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 15 oktyabr, AZƏRTAC Oktyabrın 17-də iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Lənkəran şəhəri, Lerik və Astara rayonlarından olan vətəndaşlarla görüşəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş saat 11:00-dan etibarən Lənkəran şəhəri, Zərifə Əliyevə küçəsi 99 ünvanında, Lənkəran Mədəniyyət Mərkəzinin inzibati binasında keçiriləcək.Görüşə gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə, 195-1 - Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.