İqtisadiyyat nazirinin müavini Zaqatalada vətəndaşlarla görüşəcək

20.06.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 23-də iqtisadiyyat nazirinin müavini Anar Axundov Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşlarla görüşəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş saat 11:00-dan etibarən Zaqatala şəhəri, Car küçəsi 1 ünvanında Zaqatala rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək.

Görüşə gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və "195-1" Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью