İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31.01.2026

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda özünü yüksək vəzifəli şəxslərlə əlaqəli şəxs kimi təqdim edib dələduzluq edən həbs olunub.

Lent.az-ın məlumatına görə, 45 yaşlı Akif Qarayev (ad və soyad şərtidir) bu təqdimatla 3 nəfərə dövlət qurumlarında yüksək vəzifələrə təyin edəcəyi barədə vəd verib.

İttiham aktına görə, o, zərərçəkənlərə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun sektor müdiri, SOCAR-da Neft Bazası müdirinin müavini və SOCAR-da təhlükəsizlik xidmətinin rəis müavini vəzifələrini söz verib. Bu nüfuzlu vəzifə üçün Akif zərərçəkənlərdən müvafiq olaraq 15000, 8500 və 35 min manat pul alıb. Aldıqları pulları isə şəxsi ehtiyaclarına sərf edərək verdiyi sözlərə əməl etməyib.

Zərərçəkənlərin şikayətləri əsasında Akif Qarayev saxlanılıb və barəsində cinayət işi açılıb. İstintaq zamanı, zərərçəkənlərdən birinə dəymiş ziyanı tam ödəyib. Lakin digər 2 zərərçəkənə dəymiş ziyan ödənilməyib.

Səbail rayon Məhkəməsinin qərarı ilə A. Qarayev barəsində 3 il azadlıqdan məhrumetmə və 3500 manat məbləğində cərimə cəzası təyin edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью