İqtisadiyyat Nazirliyinin əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilir | Icma.a…
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 13 may, AZƏRTAC Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində İqtisadiyyat Nazirliyi və qurumlarının əməkdaşlarının iştirakı ilə növbəti qanvermə aksiyası keçirilir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.Mayın 16-dək davam edəcək qanvermə aksiyasında 600-dək əməkdaşın iştirakı nəzərdə tutulub.Qeyd edək ki, artıq ənənəyə çevrilmiş bu humanist aksiyada İqtisadiyyat Nazirliyinin əməkdaşları mütəmadi iştirak edirlər.
Bu cür xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi planlaşdırılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu