İqtisadiyyata kredit qoyuluşu 9% ə yaxın artıb

02.04.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının bu ilin mart ayının 1-nə iqtisadiyyata kredit qoyuluşu 32 milyard 2.5 milyon manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, bu göstərici cari ilin fevral ayının 1-i ilə müqayisədə 0,4 faiz və ya 138.8 milyon manat artıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşu 8,8% və ya 2 milyard 599.6 manat artıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью