İradə Əlilinin Xocalı: şahidlər danışır kitabı qırğız dilində

28.01.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xocalı soyqırımının 34-cü ildönümü ərəfəsində yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru  İradə Əlilinin "Xocalı: şahidlər danışır" kitabı qırğız dilində nəşr olunub.

525.az xəbər verir ki, kitab Qırğızıstanda fəaliyyət göstərən Türkdilli  Dövlətlərin  Siyasətinə Dəstək Fondunun sifarişi ilə tərcümə olunub. Bu təşəbbüs Fondun prezidenti Nüsrət Məmmədov tərəfindən irəli sürülüb. 

Kitabın qırğız dilinə tərcüməçisi və redaktoru Temirbek Toktoqazıyevdir. Nəşrdə o qanlı hadisənin şahidlərinin xatirələri və Xocalı gənclərinin fikirləri yer alıb.
Kitabın “Ön söz” müəllifi professor Elmira Süleymanovdur, redaktoru isə Ombudsman aparatının əməkdaşı Azadə Novruzovadır.

"Xocalı: şahidlər danışır" kitabı 13 dildə -  Azərbaycan, rus, türk, ingilis, italyan, ispan, fransız, alman, filland, holland, urdu, ərəb, özbək dillərində işıq üzü görüb. Yaxın zamanlarda 14 cü dilə- qırğız dilinə tərcümə olunmuş  kitabın təqdimatı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью