İradə Hacıyeva vəfat etdi

01.09.2025

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Uzun illər dövlət qulluğunda müxtəlif məsul vəzifələrdə çalışan İradə Hüseyn qızı Hacıyeva dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, o, bu gün 67 yaşında vəfat edib. İ.Hacıyeva Mərkəzi Seçki Komissiyasının Hüquq şöbəsinin müdiri, Xızı Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xızı Rayon Komitəsinin sədri vəzifələrində fəaliyyət göstərib.

Son illərdə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Ümumi şöbəsinin müdir müavini vəzifəsini icra edib. Dövlət qulluğunda uzunmüddətli və səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin sərəncamı ilə İradə Hacıyeva “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью