İradə İbrahimova ailəsi ilə İtaliyada

03.04.2025

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müğənni İradə İbrahimova ailəsi ilə olan istirahətindən görüntülər paylaşıb. 

BAKU.WS xəbər verir ki, sənətçi həyat yoldaşı Ceyhun İzer və övladları ilə İtaliyaya gedib. Sənətçi ölkənin paytaxtı Roma şəhəri, o cümlədən Venesiyada olub. 

İfaçı səyahətindən lentə alınan fotoları sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. 

Xatırladaq ki, İradə İbrahimova uzun illərdir Türkiyədə yaşayır. O iş adamı Ceyhun İzerlə evlidir. Cütlüyün İpek adlı qızı, Əli adlı isə bir oğlu var. İpek hazırda Türkiyədəki "Robert" kollecində təhsil alır. 

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью