İradə İbrahimova bu yolla formada qalır

11.03.2025

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Müğənni İradə İbrahimova plastik əməliyyatdan imtina edib.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Qonaqcanlı" verilişində danışıb. 

"İstəyirdim üzümdə plastik əməliyyat etdirim. Həkimlər dedi ki, qətiyyən ehtiyac yoxdur. İndi onlara dua edirəm. İnsanın özünəməxsus cizgiləri əvvəlki kimi olmur. Çalışıram ki, baxımlar edim. Kökəlib arıqlayanda üzdə dəri altındakı yağlar yer dəyişdirir. Mən də ana olandan sonra kökəldim, 50 kiloqram çəki aldım. Gül kələmi, brokolli suda bişirib, sirkə, limon şirəsi sıxıb yeyirəm" deyə, İradə əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью