Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.
Oxu.Az xəbər verir ki, proqramın qonağı müğənni İradə İbrahimova olub.
Sənətdən uzaqlaşdığı üçün peşman olmadığını deyən müğənninin sözlərinə görə, bu addımı onu daha da müdrikləşdirib: "Azərbaycanda qalsaydım belə, sənətdən uzaqlaşacaqdım.
Çünki sosial media dövrünün başlaması ilə çox şey dəyişdi, buradakı "kloun"ların yolu açıldı.
Səhnə artıq yad insanlarla doldu, özümü burada ifadə edə bilmədim.
Lakin sənətdən uzaqlaşdığım üçün peşman deyiləm, çünki bu addımım məni daha da müdrikləşdirdi, həyatımda yeni səhifə açdım".
Müğənni həmçinin kişi-qadın münasibətlərindən də bəhs edib. Onun sözlərinə görə, xanımlar həmişə kişilərin yanında durmalı, onlara dəstək ol
Həmin anlarda kişi səhv də olsa, sözünün üstünə söz deyilməməlidir. Qadın hər mənada kişinin yanında olmağı bacarmalıdır.