İradə İbrahimovadan oğluna duyğusal sözlər Fotolar

09.09.2026

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müğənni İradə İbrahimova oğlu Əli ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, sənətçi övladının 11 yaşının tamam olduğunu vurğulayıb.

“Əlim, adın ədalətin, cəsarətin, biliyin rəmzidir. Arzum ömrün boyunca adının gözəlliklərini daşıyasan. Güclü olduğunda incitməyən, haqlı olduğunda təkəbbürlü olmayan, haqsızlıq qarşısında susmayan insan ol. Oğul, illər keçdikcə sadəcə yaşın deyil, ağlın, ürəyin, vicdanın da böyüsün, inşallah. Ad günün mübarək, Əli! Adına layiq, ürəyinə yaraşan bir ömrün olsun, övladım” deyə, sənətçi paylaşımına yazıb.

Qeyd edək ki, Ceyhun İzer adlı Türkiyə vətəndaşı ilə ailəli olan müğənninin bir qızı da var. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью