İrakli Kadaqişvilidən AÇIQLAMA: Bizə deyirlər ki... | Icma.az
Hurriyyet saytına istinadən Icma.az xəbər verir. “Avropa Komissiyası Gürcüstana viza siyasətini Avropa İttifaqının viza siyasəti ilə uyğunla
Başqa sözlə, bizə deyirlər ki, Avropa ilə vizasız rejimi olmayan ölkələrlə vizasız rejimimiz olmamalıdır.
Yəni bizimlə Avropa İttifaqı ilə viza rejimində olan Ermənistan, Azərbaycan, Türkyə və Çin arasında vizasız gediş-gəliş rejimi aradan qaldırılmalıdır”.
Bunu Gürcüstan parlamentinin Regional siyasət və özünüidarəetmə Komitəsinin sədri İrakli Kadaqişvili “İmedi” telekanalının “Günün xronikası” proqramında deyib.
“Belə çıxır ki, Gürcüstanın heç bir ölkə ilə vizasız rejimi olmamalıdır? Bu məsələni qaldırmağın nə mənası var?
Xüsusən də ona görə ki, Gürcüstan Avropa İttifaqının üzvü deyil, yəni ölkəmizə gələn şəxs avtomatik olaraq Avropaya daxil ola bilmir, çünki ona Şengen vizası lazımdır.
Gürcüstan belə viza təqdim etmir. Gürcüstanın Şengen üzvü olan heç bir ölkə ilə quru sərhədi də yoxdur, yəni bir şəxs bizim quru sərhədimizd
İ.Kadaqişvili qeyd edib ki, Avropa Komissiyasının şərti birbaşa şantajdır: “Bizə deyirlər ki, bağlanın və blokadada qalın”.
Tam oxu
Xəbəri oxu